Əsas məzmuna keçin

Load Balancer

Load Balancer gələn sorğuları serverlər arasında paylaşdırır. Bu sistem tətbiqlərin yaxşı performance və availability təmin etməsi üçün lazımdır.

Nə üçün lazımdır?

  • Yük paylaşdırması: Serverlərdə yükü bərabər paylaşdırır
  • SPOF riskini azaldır: Heartbeat və health check istifadə edir
  • Performance artırır: Cavab vaxtını azaldır
  • Yüksək availability: Nasaz serverdən trafiği digərlərinə yönləndirir
  • Scale edə bilir: Yeni serverlər əlavə etmək asandır

Health Check

  • Heartbeat Check: Serverlərin işləyib işləmədiyini yoxlayır
  • Health Check: Serverlərin vəziyyətini daimi yoxlayır

Növlər

  • Global: Fərqli data mərkəzlərdə serverləri idarə edir
  • Local: Yerli şəbəkədə işləyir
  • Stateful: Sessiyaları yadda saxlayır
  • Stateless: Hər sorğunu ayrıca idarə edir

Yerləşdirmə

  • Database əvvəlində
  • Application əvvəlində
  • TLS termination üçün
  • Service discovery üçün
  • Təhlükəsizlik üçün

Load Balancing Alqoritmləri

  • Round Robin: Sorğuları serverlərə növbə ilə göndərir. Sadədir, bərabər paylaşdırır. Server fərqlərini nəzərə almır
  • Weighted Round Robin: Server gücünə görə çəki verir və ona uyğun paylaşdırır. Server fərqlərini nəzərə alır. Çəkiləri əl ilə təyin etmək lazımdır
  • Least Connection: Ən az bağlantısı olan serverə göndərir. Yük fərqinə uyğunlaşır. Bağlantıları izləmək mürəkkəbdir
  • IP Hash: IP ünvanına görə server seçir. Sessiya davamlılığı verir. Az istifadəçi olarsa balans problemi
  • Least Response Time: Ən tez cavab verən serverə göndərir. İstifadəçi təcrübəsini yaxşılaşdırır. Vaxtları izləmək çətindir.
  • Random: Təsadüfi server seçir. Çox sadədir. Sessiya problemi yaradır

Texnologiyalar

  • Hardware Load Balancer: Xüsusi cihazlar. Yüksək performance verir. Sürətli, təhlükəsiz. Bahalı, çətin konfiqurasiya
  • Software Load Balancer: Adi serverlərdə proqram kimi işləyir. Ucuz, çevik. Hardware qədər sürətli deyil
  • Cloud Load Balancer: Bulud xidməti kimi təklif edilir. Yüksək scale, sadə idarə. Provayderə bağlı

Şəbəkə Səviyyələri

  • Layer 4 (TCP/UDP): Transport səviyyəsində işləyir. Sürətli. Az məlumat bilir
  • Layer 7 (HTTP): Tətbiq səviyyəsində işləyir. Daha ağıllı. Yavaş, çox resurs istəyir

Əsas Problemlər

  • SPOF riski: Load balancer özü nasaz ola bilər → Rezerv instance-lar istifadə et
  • Konfiqurasiya: Yanlış tənzim performance problemləri yaradır → Avtomatik alətlər işlət
  • Scale məhdudluğu: Çox traffic bottleneck yaradır → Horizontal/vertikal scale et
  • Latency: Əlavə addım gecikmə yaradır → Coğrafi paylama et
  • Xərc: Əlavə xərc → Açıq mənbə həllər işlət