API Gateway
Istifadə olunduğu yerlər
- Routing: İstifadələri doğru servislərə yönləndirir.
- Rate Limiting: İstifadəçi sorğularını müəyyən limitlərlə məhdudlaşdırır, sistem yüklənməsinin qarşısını alır.
- Caching: Tez-tez soruşulan məlumatları saxlayaraq cavab müddətini azaldır.
- Authentication/Authorization: İstifadəçilərin kimliyini təsdiqləyir və resurslara giriş hüququnu idarə edir.
- Monitoring: API çağırışlarını izləyir, performans və səhv statistikalarını toplayır.
- Load Balancing: Gələn sorğuları bir neçə backend server arasında paylayır (bəzən dəstəklənir).
- Request/Response Mapping və Formatting: İstifadəçi sorğularını və server cavablarını uyğun formata çevirir.
- Circuit Breaker: Problemli servislərə qarşı qoruyucu mexanizm kimi işləyir, sistemin çökməsinin qarşısını alır.
- API Versioning: API-lərin fərqli versiyalarını idarə edir və istifadəçiyə uyğun versiyanı təqdim edir.
- Service Discovery: Mövcud servisləri tapmaq və əlaqə qurmaq üçün mexanizm təmin edir.
- Error Handling: Xətaları idarə edir və istifadəçiyə standart formatda cavab verir.
- Service Aggregation: Müxtəlif backend servislərdən gələn cavabları toplayıb bir cavab formatında birləşdirir.