Əsas məzmuna keçin

CDN (Content Delivery Network)

CDN statik məzmunu istifadəçilərə ən yaxın serverdən çatdıran coğrafi olaraq paylanmış şəbəkədir. Bu sistem veb saytların yüklənmə sürətini artırır və performansını yaxşılaşdırır.

Nə üçün lazımdır?

  • Sürəti artırır: İstifadəçiyə ən yaxın serverdən məzmun göndərir
  • Yükü azaldır: Əsas serverlərin yükünü azaldır
  • Coğrafi coverage: Bütün dünyada sürətli məzmun çatdırılması
  • Availability yaxşılaşdırır: Birdən çox server varsa daha etibarlı
  • Bandwidth xərclərini azaldır: Əsas serverlərə az müraciət

Cache Növləri

  • Static Cache: Şəkillər, CSS, JS, video fayllar
  • Dynamic Cache: HTML səhifələr, API cavabları (məhdud)
  • Edge Cache: İstifadəçiyə ən yaxın cache
  • Regional Cache: Böyük regional mərkəzlər

CDN Strategiyaları

  • Push CDN: Faylları əvvəlcədən CDN-ə yükləyir. Kiçik saytlar üçün yaxşı. Tam nəzarət verir
  • Pull CDN: İlk müraciətdə faylı çəkir. Böyük traffic üçün ideal. Az yer tutur, amma ilk müraciət yavaş
  • Hybrid: İkisinin qarışığı. Vacib məzmun push, digərləri pull

Yerləşdirmə Strategiyası

  • Statik fayllar (images, CSS, JS) üçün
  • Video və media məzmun üçün
  • API cavabları üçün (caching headers ilə)
  • Download faylları üçün
  • Mobile app assetləri üçün

Cache Konfiqurasiyası

  • TTL (Time to Live): Məzmunun nə qədər cache-də qalacağı
  • Cache Headers: Browser və CDN cache davranışını idarə edir
  • Invalidation: Köhnə məzmunu silmək üçün
  • Version Control: URL parametrləri ilə yeni versiya (file.css?v=2)

Texnologiyalar

  • Amazon CloudFront: AWS ekosistemi. Qlobal edge locations. Lambda@Edge dəstəyi
  • Cloudflare: Geniş şəbəkə, security features. Asan konfiqurasiya
  • Fastly: Real-time purging. Developer-friendly API
  • KeyCDN: Sadə, ucuz. Kiçik və orta layihələr üçün

Monitoring və Metrics

  • Hit Ratio: Cache-dən neçə faiz cavab verilir
  • Response Time: Məzmunun çatdırılma sürəti
  • Bandwidth: İstifadə olunan trafik həcmi
  • Geographic Reports: Hansı bölgələrdən çox müraciət

Əsas Problemlər

  • Köhnə məzmun: TTL uzun olarsa yeniliklər gecikmə ilə görsənir → Qısa TTL və smart invalidation
  • Xərc: Çox traffic bahalı ola bilər → Ağıllı caching strategiyası
  • Konfiqurasiya: Yanlış tənzim problemlər yaradır → Test mühitində sınaq
  • Fallback: CDN nasaz olarsa nə ediləcək → Origin server fallback
  • Security: Cache poisoning hücumları → Secure headers istifadə et